Bir müddət əvvəl feyk videoda adı çəkilən həkim xalq artistinin guya klinikada müalicə aldığı barədə məlumatı təkzib edib.

Doktor Seyfəddin Əsəd "Yeni Zaman" la söhbətində bu faktı təkzib edib və Polad Bülbüloğlunu yalnız sənət adamı və siyasətçi kimi tanıdığını bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə P. Bülbüloğlunun guya infarkt keçirdiyini və sözügedən klinikada müalicə olunduğunu əks etdirən videoçarx yayımlanmışdır.

Polad Bülbüloğlu isə müsahibələrin birində heç vaxt infarkt keçirmədiyini və heç vaxt hipertoniyadan əziyyət çəkmədiyini bildirmişdi.

.