Türkiyəli sosial media fenomeni Şeyma Subaşının misirli biznesmen sevgilisi Mohammed Alsaloussi ilə ayrılığı qısa sürüb.

“Snob Magazin” xəbər verir ki, Subaşı İbizada yaxtada Alsaloussinin dostları ilə məclisində iştirak edib.

Subaşı Alsaloussi ilə yanaşı oturub.

Türkiyəli məşhur eyni zamanda, “Instagram” hesabında rəfiqələri ilə əyləncə videosunu paylaşıb və sevgilisi ilə barışdığını elan edib.

Onun nişan üzüyünü yenidən taxması diqqət çəkib.

Qeyd edək ki, Subaşı Alsaloussinin barəsində fırıldaqçılıqla bağlı dedi-qodulardan sonra ondan ayrıldığını bildirmişdi.

 

.