Səudiyyə Ərəbistanının Kralı Salman bin Adbuləziz əl-Səud xəstəxanaya yerləşdirilib.

Virtualaz.org bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

Bildirilib ki, Krala öd kisəsinin iltihabı diaqnozu qoyulub.

Xatırladaq ki, 2020-ci ilin aprel ayında Səudiyyə Ərəbistanında kral ailəsinin 150-dən çox üzvünün koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı.

Bununla əlaqədar 84 yaşlı Salman bin Adbuləziz əl-Səud Qırmızı dənizdə yerləşən adalardan birində özünütəcrid şəraitində yaşayır.

Onu da xatırladaq ki, o, qardaşı Abdullah bin Əbdüləzizin ölümündən sonra 2015-ci ildə taxta çıxıb. Salman bin Əbdüləziz Səudiyyə Ərəbistanının 7-ci kralıdır.

.