Yəməndə "Ənsarullah" hərəkatının döyüşçüləri bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə sərhədyanı əraziyə irimiqyaslı hücum zamanı 2 min hərbçi əsir götürülüb.

"Əl-Cəzirə" telekanalı xəbər verir ki, Səudiyyənin Nəcran şəhəri yaxınlığında 3 briqadası əsir düşüb.

Əsirlər arasında yüksəkrütbəli zabitlər də olmaqla, həm Səudiyyə, həm də ərəb ölkələrindən hərbçilər var.


Səudiyyə rəsmiləri bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Buna qədər Husilər sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə dron və raket hücumu həyata keçirmişdi.
.