Səudiyyə Ərəbistanı iqtisadi fəaliyyətini gücləndirmək üçün xaricilərə tətbiq etdiyi zamin sistemini ləğv edir.

Onun əvəzinə “müqavilə əlaqəsi” sistemi tətbiq olunur.

Bu barədə ölkənin İnsan Resursları və Sosial İnkişaf Nazirliyi tərəfindən edilən yazılı açıqlamada bildirilir.

Qeyd edilir ki, məqsəd ölkədəki xarici işçilərlə işəgötürən arasındakı şərtləri yaxşılaşdırmaqdır.

Xarici iş bazarını gücləndirməyi və əcnəbilərə ölkənin cəlbediciliyini artırmağı hədəfləyən yeni sistem 2021-ci ilin martında qüvvəyə minəcək.

Qeyd edək ki, zaminlik sistemi əcnəbi işçinin müəyyən əmək haqqı qarşılığında ona zamin olan bir Səudiyyə Ərəbistanı vətəndaşı tapması prinsipinə əsaslanır. Zəmanəti olmayan şəxs ölkədə iş icazəsi ala bilmir.

.