Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Necran şəhərində hərbi raket hücumu həyata keçirilib.
"El-Ahbariyye” telekanalı xəbər verir ki, silahlı hücum nəticəsində 5 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb. Yaralananlardan biri qadın, biri isə uşaqdır.
Hələlik raket hücumunun Yəməndə hansı qüvvələr tərəfindən həyata keçirildiyi məlum deyil.
.
