Səudiyyə Ərəbistanı sərhədləri açır və mayın 17-dən etibarən öz vətəndaşları üçün digər ölkələrə səyahət məhdudiyyətlərini ləğv edəcək.

Bu barədə öz "Twitter" səhifəsində ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib: "17 may 2021-ci il yerli vaxtla saat 01: 00-dan etibarən vətəndaşlar üçün səyahət məhdudiyyətləri ləğv ediləcək və digər ölkələrlə su, quru və hava əlaqələri açılacaq".

Əcnəbilər Səudiyyə Ərəbistanına gəldikdən sonra məcburi 14 günlük karantində qalmalı olacaqlar.

.