Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz Əl Səud "Böyük İyrmiliy”in sammitinə getməyəcək.

AzNews.az "The Daily Sabah” nəşrinə istinadən xəbər verir ki, kral Qətərlə yaşanan siyasi böhran səbəbindən belə qərar verib. Kralı sammitdə İqtisadiyyat naziri Məhəmməd əl-Cadan təmsil edəcək.

Bir neçə gün əvvəl korrupsiyada ittiham olunan Brazilya prezidenti Mişel Temer də sammitə getməkdən imtina etmişdi.

"Böyük İyrimiliy”in sammiti 7-8 iyul tarixlərində Hamburqda baş tutacaq.
.