Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın səfir təyin edilib.

Şahzadə Rima bint Bəndər krallığın ABŞ-dakı səfiri təyin edilib.

Bu barədə qərarı vəliəhd şahzadə Məhəmməd bin Salman imzalayıb və xanım diplomata səfir rütbəsi verib.

Qeyd edək ki, Rima şahzadə Bəndərin qızıdır. Bəndər 1983-2005-ci illərdə ölkəni ABŞ-dakı diplomatik missiyasına rəhbərlik edib.
.