Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin liderlərinin Səmərqənddə məhdud tərkibdə iclası başlayıb.

Iclasdan əvvəl liderləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb və birgə foto çəkdirmə mərasimi keçirilib.

Daha sonra Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasının keçirilməsi planlaşdırılır. Yekunda ŞƏT-in Səmərqənd Bəyannaməsi və bir sıra digər sənədlər imzalanacaq.

Daha əvvəl xəbər verildiyi kimi, 2023-2027-ci illər üçün ŞƏT üzvləri arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında sazişin, o cümlədən iqtisadiyyat, enerji, rəqəmsallaşma, nəqliyyat, rabitə, innovasiya və yeni texnologiyalar və kənd təsərrüfatı sahələrində konseptual siyasət proqram sənədlərinin qəbulu planlaşdırılır.

Bundan əlavə, sammitdə İranın ŞƏT-ə tamhüquqlu üzv kimi qəbul edilməsi proseduru tamamlanmalıdır.

.