“Sertifikasiyanın müsahibə mərhələsində öncədən elan edilən 5 mövzunun hamısı soruşula bilər. Müəllim bu mövzuların hər birini təqdim etməyə hazır olmalıdır”.
Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, müəllimlərin evdə hansısa bir mövzunu hazırlayıb, fləş diskdə gətirməsinə dair məcburiyyət yoxdur. Lakin hansısa bir mövzuya belə hazırlıqlı gəlməsi müəllimin müsbət qiymətləndirilməsi kimi qəbul olunacaq:
“Sertifikasiyanın müsahibə mərhələsində MİQ-də olduğu kimi müəllimin dünyagörüşünün və psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün hansısa suallar olmayacaq. Namizədin özünü təqdimetmə və ünsiyyət bacarığı əsasında qiymətlər veriləcək. Ehtimal var ki, psixoloji hazırlıq səviyyəsi üzrə də bir-iki sual verilə bilər. Müsahibədə, məsələn, sual verilə bilər ki, uşaqlarda dinləmə, anlama bacarıqlarını necə formalaşdırırsınız? Müəllim də həmin mövzunu hansı şəkildə təqdim etdiyini qeyd edə bilər. Burada əsas məsələ müəllimlərin metodiki biliklərini yox, metodiki bacarıqlarını ortaya çıxarmaqdır”.
.