Pakistanın Pəncab ştatında dəhşətli qəza baş verib.
ATV.az-ın məlumatına görə, iki sərnişin avtobusunun toqquşması zamanı 30 nəfər həyatını itirib, 50-si yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Bildirilir ki, qəza zamanı nəqliyyat vasitələri ciddi deformasiyaya uğradığından, xilasedicilər sərnişinləri avtobusdan çıxarmaq üçün xeyli vaxt sərf edib.
Qəzanın səbəbləri araşdırılır.
.
