Azərbaycan dövlət sərhədini saxta sənədlərlə keçmək istəyən əcnəbilər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, fevralın 9-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli "İstanbul-Bakı” aviareysi ilə ölkə­mizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar. Onlar müvafiq araşdırma aparıldıqdan sonra 10 fevral 2016-cı il tarixdə "Bakı-İstanbul” reysi ilə geri qaytarılıblar.

.