Rusiyanın xalq artisti, Azərbaycan tamaşaçılarının da yaxşı tanıdığı aktyor Sergey Yurski 83 yaşında vəfat edib.
Yenizaman.az "İzvestiya” qəzetinə istinadən xəbər verir ki, hələ dekabrın 24-də Yurski "daxili orqanların iltihabı” diaqnozu ilə Moskva xəstəxanalarının birinə çatdırılmışdı.
Azərbaycan tamaşaçıları Sergey Yurskini "Dərviş Parisi partladır” və "Qorxma, mən səninləyəm” filmlərindən yaxşı tanıyırlar.
.
