"Bakıda keçiriləcək "Dəniz Kuboku-2018"in təşkilatçılığı yüksək səviyyədədir".
"Report" xəbər verir ki, bunu Rusiya Hərbi Dəniz Donanmasının (HDD) birinci dərəcəli kapitanı, Rusiya nümayəndə heyətinin rəhbəri Sergey Yekimov Bakıda hərbi-dəniz oyunlarının keçirilməsinə həsr olunan mətbuat konfransında deyib.
"Rusiya komandası üçün bu müsabiqə xüsusi əhəmiyyət kəsb edir. Bu il fərqli tip gəmilərdən - kiçik artilleriya gəmilərindən istifadə edəcəyik. Dəniz müsabiqələri həmişə qarşılıqlı anlaşma və dostluq xarakteri ilə fərqlənib", - S.Yekimov bildirib.
Öz növbəsində, İran nümayəndə heyətinin rəhbəri, İran HDD-nin birinci dərəcəli kapitanı Şəhram Həbibi oyunların İran tərəfi üçün də maraqlı olduğunu vurğulayıb.
"Bu hərbi dostluğun siyasi və iqtisadi əlaqələrimizə də təsir göstərəcyinə ümid edirik", - o deyib.
.
