Biz Belarusdan 14 nümayəndə ilə təmsil olunmuşuq və Azərbaycanın müxtəlif regionlarında seçki prosesini izləmişik. Mən şəxsən Füzuli, Şuşa və Xankəndidə seçki prosesini izləmişəm.
Bunu, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndəsi Sergey Xomenko mətbuat konfransında bildirib.
"Bu seçki işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün bir növ bayram idi. Onlar seçkilərdə öz ailə üzvləri və övladları ilə birgə iştirak edirdilər. Mən bu seçkiləri nümunəvi seçki olaraq qeyd etmək istəyirəm, çünki parlament seçkiləri şəffaf və təhlükəsiz şəkildə keçirilib" - deyə o qeyd edib.
.