“Qərb kollektiv şəkildə Rusiyaya qarşı əsl müharibəyə başlayıb”.

Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu hərbi məktəblərin məzunları ilə görüşü zamanı deyib.

O bildirib ki, Qərb Rusiyaya qonşu dövlətlərdə iğtişaşlar və hərbi münaqişələr yaradır.

S.Şoyqunun sözlərinə görə, Rusiya ordusu ölkənin suverenliyini və təhlükəsizliyini möhkəmləndirmək üçün bütün addımları atacaq.

.