Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyə paytaxtına işgüzar səfər edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Bildirilib ki, səfər zamanı görüşlərdə Ukraynadakı hərbi münaqişənin həlli müzakirə olunub.
“Kommersant” Türkiyə xarici işlər naziri Hakan Fidanın Narışkinin səfəri ilə bağlı danışdığını yazıb.
“Dünən cənab Narışkin Ankarada olub və orada bizə Rusiyanın Trampın sülh planı ilə bağlı mövqeyi barədə məlumat verib. Bu mövzuda irəliləyişlər var və biz bütün bunları qiymətləndirmişik”, - nəşr xarici işlər naziri Hakan Fidanın Berlində keçirilən mətbuat konfransındakı çıxışından sitat gətirib.
.
