"Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr qurulduqdan sonra iki ölkənin münasibətlərin yeni mərhələ başladı”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbələr və müəllim heyəti ilə görüşdə deyib. O bildirib ki, iki ölkə strateji tərəfdaşdır: "Qarşılıqlı maraq kəsb edən əlaqələr bütün sahələrdə çox yaxşı şəkildə irəliləyir. Ölkələrimiz arasında qarşılıqlı anlaşma Qafqaz və Xəzər regionunda təhlükəsizlik üçün ən vacib amillərdən biridir".
"Rusiya və ABŞ arasındakı əlaqələr Dağlıq Qarabağ münaqişəsinin həllinə heç cür təsir göstərmir".
Bunu da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda "ADA" Akademiyasında mühazirəsi zamanı deyib.
"Ümidvaram, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ümumi səylərə baxmayaraq, yaranmış durğunluğu aradan qaldırmağa kömək edəcək" - S.Lavrov bildirib.
