
"Rengli Sayfalar" proqramında qonaq olan türkiyəli müğənni Serdar Ortaç xanımına jest edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni həyat yoldaşına sərbəstlik verdiyini etiraf edib:
"Həyat yoldaşımı öz yerimdə təsəvvür edirəm. 23 yaşında olsaydım, həyatımı arzuladığım kimi yaşamaq istərdim. Həmin yaşda biri yanıma yaxınlaşsaydı, baxmazdım belə, dünya mənim idi o zamanlar. O da yaşasın. "Ərim mənə bunları etməyimə icazə vermədi" deməsin. Yaxın dostlarım belə, "nə cür adamsan, bu qədər geniş ürəkli olmaq olarmı?" deyirlər. Mən xanımımı çox sevirəm, onun da məni sevdiyini düşünürəm".