Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç gələn həftə Azərbaycana səfər edəcək.

O, iyulun 25-də Bakıda keçiriləcək Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının VIII iclasında Serbiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Qeyd edək ki, Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının VII iclası 2023-cü il aprelin 28-də Belqradda baş tutub.

.