HƏMAS-İsrail müharibəsini dayandırmağı və növbəti münaqişənin qarşısını almağı bacarmalıyıq.

Bunu Serbiyanın keçmiş Prezidenti Boris Tadiç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Serbiya tarixən çox əziyyət çəkib:

"Biz özümüzü həmişə qurban hesab edirik. Amma bəzən tarixdə, məsələn, keçmiş Yuqoslaviyadakı müharibədə müəyyən qəddarlıqlar etmişik. Bu baxımdan, bir növ özünütənqid və çox dürüst yanaşma son dərəcə faydalı ola bilər. Qorxuram ki, Qəzzada bu cür münaqişə hər iki tərəfin alət olduğu bir şeydir. Hər iki tərəfdə - israillilər və fələstinlilər arasında ekstremistlər var. Beynəlxalq ictimaiyyətin müdaxiləsi olmadan bu cür münaqişəni sona çatdırmaq mümkün deyil. Gələcək haqqında da düşünməliyik".

.