Serbiyanın “Krusik” müdafiə zavodundakı sexlərdən birində partlayış baş verib, nəticədə 7 nəfər yaralanıb.

Bu barədə yerli KİV məlumat yayıb.

“Valyevo şəhər polis idarəsindən bildirilib ki, partlayış zamanı sexdə 20 işçi olub, onlardan yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.

“Krusik” Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlətə məxsusdur.

.