Serbiya Prezidenti Aleksandr Vuçiçin səhhətində problemlər yaranıb, xəstəxanaya yerləşdirilib.

Məlumatı Rusiya KİV-i yayıb.

Rəsmi qurumlar dövlət başçısının səhhəti barədə hələ ki açıqlama verməyib.

O, 2019-cu ildə ürək-damar sistemində yaranmış problemlə əlaqədar Hərbi Tibb Akademiyasında müalicə olunub.

Qeyd edək ki, A.Vuçiç 1970-ci il martın 5-də Serbiyanın Belqrad şəhərində anadan olub. 2017-ci il iyunun 1-dən ölkə prezidentidir.

.