Serbiya prezidenti Aleksandar Vucic xəbərdarlıq edib ki, ölkəsi tezliklə milli maraqları üçün təhlükə ilə üzləşəcək.

Bu barədə o, instaqram səhifəsində müvafiq bəyanat yayıb.

Onun sözlərinə görə, son 48 saat ərzində rəsmi Belqrad Serbiyanın milli maraqlarını birbaşa təhdid edən xəbərlər alıb.

“Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlar barədə məlumatlandıracağam. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”.

Serbiya lideri başqa təfərrüatları açıqlamayıb.

.