Serbiya Prezidenti Aleksandr Vuçiç “Vagner”in Yevgeni Priqojin rəhbərliyindəki qiyamına son verilməsində Rusiya Prezidenti Vladimir Putinin göstərdiyi “güclü mövqe”yi təqdir edib.

Yenizaman CNN-ə istinadən xəbər verir ki, Serbiya Prezidenti ölkənin yerli televiziya kanalına açıqlamasında məsələni Vladimir Putinin həll etdiyini deyib və onun fəaliyyətini “kəskin və həlledici” adlandırıb.

Vuçiç eyni zamanda “Vagner” qiyamını öz ölkəsinə “arxadan zərbə” kimi qiymətləndirib və qrupa Rusiyada nəhəng hərbi güc verilməsinin yanlış olduğunu bildirib.

“Onlar bəzi-bəzi yerlərdə korrupsionerlərin olduğunu dedilər ki, bu əsasən doğrudur. Lakin bu, ən çətin anda ölkəni arxadan bıçaqlamaq üçün bir səbəbdirmi? Əlbəttə yox, amma onlar hər bir halda bunu etdilər. Onlar inandılar ki, Putin buna müdaxilə edə bilməyəcək, lakin Putin şəxsən öz bəyanatları və güclü duruşu ilə bunu dayandırdı. Putinin indi çətin bir tapşırığı var və bu, ordunun motivasiyasını, çox sayda məyus “Vagner” hərbçisinin özünə inamını artırmaqdır. Bunların heç biri asan olmayacaq”, - Vuçiç deyib.

Qeyd edək ki, Priqojinin yeri ilə bağlı hazırda heç bir məlumat yoxdur və o, Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəsilə təklif edilmiş razılaşma ilə bağlı fikir bildirməyib.

.