İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar ertəsi səhər saatlarında ABŞ ordusunun Hörmüzqan əyalətinin Sirik adasında telekommunikasiya qülləsinə hücum etdiyini açıqlayıb.
Məlumata əsasən, bundan sonra SEPAH-ın Aerokosmik Qüvvələrinin döyüşçüləri hücumun edildiyi hava bazasını hədəf alıb və müəyyən edilən hədəflər vurulub.
SEPAH hücum təkrarlanacağı təqdirdə, cavabın tamamilə "fərqli olacağı" barədə xəbərdarlıq edib və bunun məsuliyyətinin ABŞ-ın üzərində olduğunu bildirib.
Qeyd edək ki, açıqlamada hücumun vaxtı və nəticələri ilə bağlı əlavə detallara yer verilməyib.
