SEPAH Qətər sahillərində neft tankerini vurduğunu iddia edir.

“Mehr”in xəbərinə görə, bu barədə SEPAH-ın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Qətər sahillərində İsrailə məxsus “Aqua One” adlı neft tankeri raket hücumunda hədəf alınıb və hazırda yanır.

Qeyd edək ki, bundan əvvəl Qətər Müdafiə Nazirliyi sözügedən tankerin hədəf alındığını, göyərtədəki 21 nəfərin isə təxliyə edildiyini bildirib.

.