Bu gün yayın son günüdür. Buna baxmayaraq o sentyabr ayından da bir-neçə gün mənimsəmək niyyətindədir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, lakin, yayın istisindən yorulanlar üçün xoş xəbər, belə ki, artıq sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Bu proses sentyabrın 5-8-də gözlənilir. Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə həm insanların, həm də təbiətin həsrətində olduğu yağışlar gözlənilir.

.