Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı metrosunda qatarların hərəkət qrafikində dəyişiklik edilib.

Yeni qrafikə uyğun olaraq interval sərnişin sıxlığına görə müəyyən ediləcək.

"Bakı metropoliteni"ndən bildirilib ki, sentyabrın 15-dən səhər və axşam pik saatlarda interval 2 dəqiqə, gün ərzində 2,5 dəqiqə, gecə saatlarında isə 3 dəqiqəyə qədər artırılacaq.

.