Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları ictimai nəqliyyatla yanaşı, taksi xidmətinin də fəaliyyətinə qadağa qoyulub.

Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb. Həmin siyahıda taksi xidməti yoxdur.

Nazirlər Kabinetindən məlumat təsdiqlənib.

Qərara əsasən, həftəsonları metro və ictimai nəqliyyatla yanaşı, taksi xidməti də fəaliyyət göstərməyəcək.
 

.