ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətləndirilməsinə sadiqdir.

Yenizaman “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında deyib.

“Bu vasitədən hazırda necə istifadə edəcəyimizə dair təfərrüata varmayacağam. Amma vurğulamaq istərdim ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəliləməsində maraqlıdır”, - B.Kardin bildirib.

O əlavə edib ki, ABŞ bu prosesdə fəal iştirak edəcək, hər iki ölkənin həm qanunverici, həm də icraedici hakimiyyət orqanları ilə işləyəcək.

.