ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı nəzərdə tutulan sanksiya layihəsini qəbul edib.
Səsvermə zamanı 98 Senat üzvü layihənin lehinə, 2 senator isə əleyhinə səs verib. Lakin Ağ Ev administrasiyası sanksiyalara qarşı çıxırdı.
Sanksiya layihəsi Konqresin hər iki palatasından keçdikdən sonra prezident Donald Trampın imzalaması üçün Ağ Evə göndərilməlidir.
Tramp Rusiya ilə əlaqələrin normallaşdırılmasına çalışan siyasi lider kimi qanun layihəsinə qarşı veto tədbiq edə bilər.
.
