Bildirçin quşu bir yerdə durmur, digər quşlardan fərqli olaraq elə ucadan cikkildəyir ki, gəl görəsən... Bizim redaksiyanın Bildirçini kimi... O da bir yerdə durmur, hər zaman nəsə axtarış, arayış içində olur. Bu dəfə də bir yerdə durmadı, yazar olmasına baxmayaraq, yazısından daha çox geyimi, "facebook” macəraları ilə tanınan bir xanımı – Leyla Namazovanı tapdı. Onu kimdən soruşduqsa, məhz elə ətəyindən danışdı.

 

Bizim bildirçin bilmək istəyir ki, Leyla Namazova necə yazardır. Və buna görə o, xanım yazarı sorğu-suala çəkib.

 

Publika.az müsahibəni təqdim edir:

 

- Ədəbiyyat milli olur, yoxsa milsiz? (Sualı başa düşmədi)

- Ədəbiyyat milli olsa daha yaxşı olar. Amma indi ki, küçə yazarları istəyir ki, onu milsiz etsin. Bizim milli ədəbiyyatımıza nə olub ki? Zənginliklə doludur.

 

- Yazılarınız da paltarlarınız kimi qısadır?

- Geyim tərzim açıq-saçıqdır. Buna görə hərdən iradlara da tuş gəlirəm. "Sən yazarsan, ayıbdır, bir az uzun geyin” kimi fikirlər tez-tez eşidirəm. Deyim ki, paltarlarımla yazılarım arasında fərq çoxdur. Hətta bir-iki dostum: "Yazıların çox uzundur, paltarların kimi qısalt onları”, - deyirlər.

 

- Yetkinlik yaşına çatandan sonra yazmısınız, yoxsa ondan əvvəldə?

- İlk şerimi 11 yaşım olanda yazmışam. İlk hekayəmi isə 18 yaşda qələmə almışam.

 

- Deyirlər, ədəbiyyat ekstazdı. Sizdə necə olur?

- Olur. Yazanda dura bilmirəm. İstəyirəm ki, hər şeyimi qoyam o yazıya. Məni o an şillə-şapalaqla belə dayandıra bilmirlər. O an ta ki, yazını  qurtarana kimi davam edir.

 

- Yazılarınızda var-yox söhbəti var? Yəni biri var idi, biri yox idi...

- Hərdən olur hətta söyüşdə olur. O insanlarla olur ki, onlar xanımla necə davranacağını bilmirlər.   

 

- Hansı rəngin çalarları sizi maraqlandırır?

- Qırmızı. O rəngə baxanda yazılarımı yaza bilirəm. Qarşımda mütləq qırmızı nə isə olmalıdır. Bu rəngi hiss edəndə, görəndə yazılarım daha yaxşı alınır. O rəng mənimdir. Hətta, iddia edirəm ki, ədəbiyyatın rəngi qırmızıdır.

 

- Müğənni Afaq Aslanı tanıyırsınız?

- Tanıyıram. Hörmətim var, çox cəsarətli xanımdır, qibtə edirəm ona. 

 

- Niyə görə Afaqı sizə oxşadırlar? Eşitmişəm ki, sizə yazarların Afaq Aslanı da deyirlər...

- Biz bir-birimizə cəsarətdə oxşayırıq deyə bilərəm. Mən onun cəsarətini sevirəm yaxşı edir, elə geyinir. Heç kimin ixtiyarı yoxdur ki, kiminsə geyiminə qarışsın. Onu tənqid edənlər getsin öz geyimlərinə baxsın. Mən də açıq-saçıq geyinirəm. Çox istəyirəm onun kimi komplekssiz olam. Amma hələ ki ola bilmərəm çünki, bura Azərbaycandır.

 

- İlk oxucunuzla məktublaşırsınız, yoxsa görüşürsünüz?

- İlk oxucum elə "facebookdadır”. Oxucularım çoxdur. Görüşürük də, yazışırıq da.

 

- Ailən səni necə, dəstəkləyir?

- Ailəm bir çox tədbirlərə getməyimə qarşı olsa da, məni çox dəstəkləyirlər. "Başqa sənətdə özünü tapa bilməzsən, sənin yerin qələmdir”, - deyə məni ruhlandırırlar.

 

- Hansı yazarı görməyə gözünüz yoxdur?

- Keçi saqqallıları.

 

- Kimlərdir onlar?

- Elələri var, çox gözəl yazırlar amma insan kimi heç nədirlər. İnsanlıq baxımından İkinci Mahmud, Ley Pey Qəmbər, Əsəd Qaraqaplan, Şərif Ağayar, Qismət, Mirmehdi Ağaoğlunu görmək istəmirəm.

 

- Bəs xanımlardan?

- Bizdə xanım yazarlar var bəyəm? Bir tək sevinc Çılğını sevirəm, başqalarını da tanımıram. Yenə deyirəm insanlıq baxımından sadaladım.

 

- Düzdür ki, yazarlar arasında olan söz-söhbət heç bir sahədə yoxdur?

- O qədər... Hazırda bizim yazarlar arasında Nobel üçün (söhbət ədəbiyyat üzrə Nobel mükafatından gedir – red.) qırğın gedir. Hamı istəyir Nobel alsın.

Nəsimi Nəbizadə (tanınmış jurnalisti – red.) ilə bağlı mənə pis təsir edən hadisə oldu. Ondan belə hərəkət gözləməzdim. Məni sosial şəbəkədə dostluqdan sildi. Dedi: "Sənin kimi qızları dostluğumda istəmirəm. Mən səni nə insan kimi, nə də yazıçı kimi görürəm”. 

Səbəb soruşanda belə cavab verdi: "Sən çox ağıllısan və mən ağıllı qadınları sevmirəm”. 

 

- Gündəmə gəlmək üçün nəsə edənlərdənsiz?

- Mən paltarlarımla gündəmə gəlirəm. Geyimimə görə yazdıqlarımı oxuyurlar. Bir növ bununla piar işi aparıram. Gözəl xanımam, niyə də açıq geyinməyim. Amma mənə pis təsir edən odur ki, Sevinc Çılğın da açıq geyinir və şəkilləri paylaşır, lakin ona heç nə deyilmir ancaq mənə inanılmaz iradlar tutulur. Bundan da belə çıxır ki, evli xanımlara hər şey  olar, subay xanımlara yox.

 

- Yaxın vaxtlarda ailə həyatı qurmaq planın var?

- Bəli, var. Nəhayət, "facebook” əhlinin canı qurtaracaq məndən. Qeyd edim ki, bundan sonra öz geyimlərimə fikir verməyə çalışacam, ciddi geyinəcəm çünki həm işim belə tələb edir, həm də şəxsi həyatım. Ciddiliyin də, rəsmiliyində, öz gözəlliyi var.

 

Bildirçin

 


.