Şəmkirdə silahlı insdent baş verib.

Hadisə Qaranü kəndində qeydə alınb.

Sözügedən kənddə güllələnmə nəticəsində xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanları və təcili tibbi yardım birqadası cəlb olunub.

Silahlı insdentin təfərrüatları da məlum olub.

Kənd sakini, 1983-cü il təvəllüdlü Muradov Famil Ramiz oğlu ilə onun həmkəndlisi - 1986-cı il təvəllüdlü Muradov Asif Şamil oğlu ilə arasında mübahisə yaranıb.

Bu zaman F.Muradov sonuncuya bud nahiyəsindən odlu silahla atəş açıb. A.Muradov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxsin əvvələr bir-biri ilə ədavəti olub.

Faktla bağlı araşdırma aparılır.

.