Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun “Kraz Yolu” adlan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını digər avtomobil ilə toqquşub. Qəza zamanı “NİVA”nın sürücüsü, 1954-cü il təvəllüdlü Nəcəfli Sultan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

.