Şəmkirdə qətl hadisəsi baş verib.

Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizə Hüseynovanı və qaynanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb.

Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun əmisi qızıdır və M.Hüseynova İ.Hüseynovun ikinci həyat yoldaşıdır.

1990-cı il təvəllüdlü Mahizər Hüseynova həyat yoldaşı, 1976-ci il təvəllüdlü İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu səbəbdən İ.Hüseynov əsəbiləşərək qayınanasıgilə gələrək həyat yoldaşının ondan boşanmasına etiraz edib. İ.Hüseynov əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşına mərhumum Sədaqət İbadullayevanın bacısı deyib. Onların sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək ailələrini öldürməklə hədələyib.

 İ.Hüseynov Şəmkir Rayon Polis şöbəsinin və Prokrorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


 

.