Şəmkir rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Belə ki, qayda pozanlar arasında 3 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən K.Məmmədov, H.İsmayılov və V.Hümbətovun narkotik vasitədən istifadə etmələri məlum olub.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

.