Şəmkir rayonunda gənc qadın və azyaşlı övladı bıçaqlanaraq qətlə yetirilib.

Hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 27 yaşlı qadın və onun 8 yaşlı qızı bıçaqlanıb. Hər iki yaralı aldığı xəsarətlərdən keçinib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Həsənov Elməddin Elimdar oğlu saxlanılıb.

Hadisənin təfərrüatları araşdırılır.

.