Şəmkir rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində, bir ailənin 4 üzvü - N.Abbasov, U.Abbasova, E.Abbasova və R.Abbasova xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

.