Bakı-Qazax magistralında avtomobil aşıb, yaralılar var.

"Report"un məlumatına görə, hadisə magistralın Şəmkir rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
.