Şəmkirdə yük qatarında yanğın baş verib.
Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) Şəmkir-Qazax istiqaməti ilə hərəkətdə olan 35 vaqondan ibarət yük qatarının bir vaqonunda yanğın baş verib.
Qatarın qalan hissəsi və digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

.