Şəmkirdə dönərdən zəhərlənənlərin adları məlum olub.

Həmin şəxslər aşağıdakılardır:

2013-cü il təvəllüdlü Əlizadə Tamela Orxan qızı
2015-ci il təvəllüdlü Əlizadə Zəhra Orxan qızı
2011-ci il təvəllüdlü Əliyeva Nəzrin Natiq qızı
2018-ci il təvəllüdlü İlyasova Nərminə vüsal qızı
2020-ci il təvəllüdlü İlyasova Nihan Vüsal qızı
1993-cü il təvəllüdlü Rzayev Cəfər Elman oğlu
1999-cu il təvəllüdlü Hüseynov Təbriz Elbəy oğlu
Qafarov Nurlan Mədət oğlu
Vəliyev Qəzənfər Baba oğlu.

Zəhərlənənlərdən bir neçəsinin vəziyyətinin kafi olduğu qeyd olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə APA-ya bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

***

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

Hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.

Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Hazırda fakt araşdırılır.

.