Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.

Hadisə Moskva şəhərində yerləşən "Fud siti" bazarında qeydə alınıb.

Öldürülən şəxsin Şəmkir rayonun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.

Araşdırma zamanı məlum olub ki 30 yaşlı R.Quliyevi həmkəndlisi 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən R.Quliyev ailəli idi, 3 övladı var.

.