Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe siyasi terrorçudur.
Bu barədə X-da paylaşımında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Səməd Seyidov qeyd edib ki, Frank Şvabe əsl üzünü açıb: “O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçidir. O, AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.
Qeyd edək ki, Almaniyanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Frank Şvabe “X” hesabında paylaşımında Azərbaycanın geri - AŞPA-ya yolu olmadığını yazıb.
.