Almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir.

Yenizaman xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov almaniyalı parlamentariyə cavab olaraq “X” hesabında yazıb.

Onun sözlərinə görə, Frank Şvabe qorxur:

"Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən”.

Qeyd edək ki, F.Şvabe aprelin 30-da "X" hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.

.