"AŞPA-da yaradılan Müstəqil Araşdırma Qurumu 3 saat məni dindirib, onların suallarına cavab vermişəm”.
Bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, suallar hər şeyin təkrar soruşulmasından ibarət olub: "Bizə təsir edirdilər, deyirdilər ki, "sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınız heç bir siyahıya salınmyacaq, heç bir sanksiya tətbiq olunmayacaq” və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi.
Bax, bunların məqsədi elə burdan da məlumdur. Qərəzli niyyətləri vardı, yerinə yetirdilər”.
"Azərbaycan nümayəndə heyətini heç kim Avropa Şurası Parlament Assambleyasından uzaqlaşdıra bilməz. Çünki qurumda nümayəndə heyətini Azərbaycan özü müəyyən edir”.
Bunu da Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür: "Bu, təzə hadisə deyil. Dəfələrlə o qurumda Azərbaycana qarşı ikili standartların şahidi olmuşuq. Ona görə də sanksiya qərarının heç bir əsası yoxdur, başdan ayağa qərəzliidir”.
S. Seyidov bildirib ki, AŞPA-da Ermənistana qarşı fərqli münasibət var: "Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə, AŞPA içində sağlam qüvvələr var, amma bəzi şəxslər qərəzli çıxış edirlər. Onlar Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq istəyirlər. Bu, sanksiya da buna xidmət edir”.
"Bu sanksiya nə bizim söz demək imkanlarımıza məhdudiyyət qoya, nə də hansısa sənədlərin hazırlanması ilə bağlı məhdudiyyət yarada bilər".
Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, sanksiyalar sadəcə hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq ediləcək: "Bu Azərbaycanın qurumda normal fəaliyyəti, Dağlıq Qarabağ probleminin çatdırılmasında fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək".
