Cənubi Afrikada bir qrup silahlı şəxs pul daşıyan avtomobili təqib edərək kassaları oğurlayıb.
Cinayətkarlar kassaları aça bilmədikləri üçün partlatmağa qərar veriblər.
Partlayışın şiddətilə kassaların bəzi parçaları göyə qalxaraq ağacların budaqlarına ilişib. İçindəki pullar isə göydən yağış kimi səpələnib.
Təxminən 2 milyon dollar pul oğurlayan oğrular daha sonra polis tərəfindən həbs ediliblər.
.
