ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Ermənistan silahlı qüvvələrinin Gəncəyə hücumunu pisləyib.

Bu barədə R. Sekuta "Twitter"də bildirib.

“Ermənistanın bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücumu Dağlıq Qarabağdan çox uzaqdır və münaqişəni daha da böyüdür. Ermənistan həm də Avrasiya üzərindən Rusiya və İran ərazisindən keçməyən yeganə quru nəqliyyat marşrutu və hava dəhlizinə hücum edir”, - R. Sekuta qeyd edib.

.