"Bu yaxınlarda ABŞ-la Avropa İttifaqı arasında enerji məsələləri üzrə məsləhətləşmələr keçirilib”.
 
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, məsləhətləşmələrin əsas mövzusu Avropanın enerji təhlükəsizliyi olub və Azərbaycanın oynadığı mühüm rol xüsusi vurğulanıb: "Biz hazırda Cənub Qaz Dəhlizi üzərində Azərbaycan və Aİ ilə  birgə işimizi davam etdiririk. Bu məsələ Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir”. 
.